Nərgiz Əliyeva: "Yay aylarında xalqı içməli susuz buraxmaq biyabırçılıq və vicdansızlıqdır"
Marneuli bələdiyyə məclisinin bugünkü iclasında bir sıra məsələlərin müzakirəsindən sonra, Vahid Milli Hərəkatın deputatı Nərgiz Əliyeva bir sıra məsələ qaldırıb. Onlardan biri içməli su problemi olub.
InterPress.ge xəbər verir ki, çıxış edən Nərgiz Əliyeva bildirib ki, Marneuli şəhər və kəndlərində əhali susuzluqdan əziyyət çəkir.
"Marneuli şəhər Barataşvili küçəsi, Bazar ərazisi, Borçalı, Jordaniya, Axundov, Bakinski, Abdulla Şaiq (xidmət haqqı problemi), elevator, 26 may küçəsi, Qızılhacılı, Qasımlı, Alqet kəndi, Candar kəndi, massiv və digər yerlərdə su yoxdur. Tələb edirik, bu məsələyi tezliklə həll edin" - deyə Nərgiz Əliyeva bildirib.
Bələdiyyə məclisinin sədri Amiran Georqadze Əliyevanın tələbinə cavab olaraq bildirib ki, yaxın zamanda bu məsələ mərhələli şəkildə öz həllini tapacaqdır, bir çox kənd və küçələrdə bu problem aradan qaldırılıb.
Georqadzenin cavabına reaksia verən Nərgiz Əliyeva isə vurğulayıb ki, illərlə davam edən su məsələsi ən prioritet məsələdir, nədən hər il xalq bu əziyyəti çəkir .
"Konkret tarixlər deyin bizdə gözləyək, boş ümüdlə yaşamayaq"- deyə deputat vurğulayıb.
Sədr isə işlərin yaxında yekunlaşacağını bəyan edib.
Jurnalistlərimizə müsahibə verən Nərgiz Əliyeva bildirib ki, əhali ilə görüşlər zamanı ən çox qaldırılan problem su, yol, işıq problemidir.
"Təssüf ki, neçə ildir xalq bu problemləri dilə gətirib tələb etməkdən yorulub, bu hakimiyyət isə boş vədlərdən yorulmur, yenə gözləyək"- deyə Nərgiz Əliyeva bildirib.


