İnsan sağlamlığı üçün təhlükəli olan şokolad məmulatlarının satışı ilə məşğul olan iki nəfər saxlanıldı
İnsan sağlamlığı üçün təhlükəli olan şokolad məmulatlarının satışı ilə məşğul olan iki nəfər İstintaq Xidməti tərəfindən ifşa edilib.
InterPress.ge xəbər verir ki, bununla bağlı İstintaq Xidməti məlumat verib.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələri ilə razılaşdıraraq həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində insanlar üçün təhlükəli olan məhsulların satışı müəyyən edilib, həmçinin qrup halında gömrük bəyannaməsinə saxta məlumatlar daxil etməklə, xüsusilə külli miqdarda bəyan edilməmiş daşınar əşyaların Gürcüstanın gömrük sərhədinə keçirilməsinə görə iki nəfər məsuliyyətə cəlb edilib.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədi ilə müxtəlif adlarda saxlama müddəti ötmüş şokoladın üzərinə yeni istifadə müddətini göstərən stikerlər yapışdırıb, bundan sonra onu Tbilisidə ticarət şəbəkəsində satıblar.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxslərin satdıqları, saxlama müddəti ötmüş, tərkibində insan sağlamlığı üçün təhlükəli mikroorqanizmlər olan külli miqdarda şokolad ticarət obyektlərindən götürülüb.
Yuxarıda qeyd olunanlarla yanaşı müəyyən edilib ki, təqsirləndirilən şəxslər gömrük bəyannaməsinə saxta məlumatlar daxil etməklə, gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə gömrük dəyəri təxminən 85.000 lari olan müxtəlif adda, bəyan edilməmiş ərzaq məhsulları keçiriblər.
Sözügedən hərəkət Gürcüstan Cinayət Məcəlləsinin 8 ildən 11 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 198 və 214-cü maddələrində nəzərdə tutulub.


