Rəqabət Agentliyi ən böyük cəriməni “San Petroleum Georgia”ya kəsib
Gürcüstanın Milli Rəqabət Agentliyi monitorinq təhqiqatını başa çatdırıb.
InterPress.ge xəbər verir ki, söhbət 2022-ci ilin mart-avqust ayları ərzində avtomobil yanacağının pərakəndə satış bazarında yüksək qiymətlərin saxlanılmasından gedir.
Milli Rəqabət Agentliyinin apardığı araşdırmalar nəticəsində təsdiqlənib ki, "Lukoil-Georgia", "Visol Petroleum Georgia", "San Petroleum Georgia", "SOCAR Georgia Petroleum" və "Rompetrol Georgia" "Rəqabət haqqında" Gürcüstan Qanunun 7-ci maddəsinin pozub.
Agentliyin qərarına əsasən, beş şirkətə 4 milyon lariyə qədər müvafiq maliyyə sanksiyası tətbiq edilib. Həmçinin bazarda rəqabət mühitinin yaxşılaşdırılması üçün zəruri tövsiyələr verilib.
“Bu gün neft məhsulları bazarında vəziyyət normallaşıb, lakin yüksək ictimai maraq və bazarın strateji əhəmiyyəti ilə əlaqədar Milli Rəqabət Agentliyi avtomobil yanacağı (benzin, dizel) bazarında monitorinqləri davam etdirir”, - məlumatda deyilir.
Gürcüstanın baş nazirinin tövsiyəsi və Milli Rəqabət Agentliyinin apardığı monitorinqin nəticələri əsasında araşdırmaya 2022-ci il avqustun 16-da başlanılıb. Agentliyin qiymətləndirmə müddəti 2022-ci ilin yanvar-avqust aylarını əhatə edir


