“Lukoil-Georgia”, “Wisol”, “Gulf”, “SOCAR Georgia” və “Rompetrol Georgia” cərimələndi
Gürcüstanın Milli Rəqabət Agentliyi monitorinq təhqiqatını başa çatdırıb.
InterPeess.ge xəbər verir ki, söhbət 2022-ci ilin mart-avqust ayları ərzində avtomobil yanacağının pərakəndə satış bazarında yüksək qiymətlərin saxlanılmasından gedir.
Milli Rəqabət Agentliyinin apardığı araşdırmalar nəticəsində təsdiqlənib ki, "Lukoil-Georgia", "Visol Petroleum Georgia", "San Petroleum Georgia", "SOCAR Georgia Petroleum" və "Rompetrol Georgia" "Rəqabət haqqında" Gürcüstan Qanunun 7-ci maddəsinin pozub.
Agentliyin qərarına əsasən, beş şirkətə 4 milyon lariyə qədər müvafiq maliyyə sanksiyası tətbiq edilib. Həmçinin bazarda rəqabət mühitinin yaxşılaşdırılması üçün zəruri tövsiyələr verilib.
“Bu gün neft məhsulları bazarında vəziyyət normallaşıb, lakin yüksək ictimai maraq və bazarın strateji əhəmiyyəti ilə əlaqədar Milli Rəqabət Agentliyi avtomobil yanacağı (benzin, dizel) bazarında monitorinqləri davam etdirir”, - məlumatda deyilir.


