Gürcüstanda ən bahalı və ən ucuz otellər hansı regiondadır?
İyul ayında əvvəlki ayla müqayisədə otel qiymətləri indeksi illik 0,6% artıb. 2023-cü ilin iyul ayında 3, 4 və 5 ulduzlu otellərin qiymət indeksi 1,6% artıb. Ailə otellərinin qiymətləri isə 8,7% ucuzlaşıb.
InterPress.ge xəbər verir ki, bu barədə araşdırma PMCG tərəfindən dərc edilib.
2023-cü ilin iyul ayında aylıq indeks ən yüksək Quriyada (16,3%), ən aşağı isə Mtsxeta-Mtianetidə (-11,9%) olub. İllik göstəriciyə gəlincə, 2023-cü ilin iyul ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə otel qiymətləri indeksi 8,6% azalıb.
3, 4 və 5 ulduzlu otellərin qiymət indeksi 10,2%, ailə otellərinin qiymətləri isə 10,4% azalıb. 2023-cü ilin iyul ayında illik indeks ən yüksək Şida Kartlidə (19,8%), ən aşağı isə Tbilisidə (-16,5%) olub.
İyun ayında Gürcüstanda 3 ulduzlu otellərin orta qiyməti 174 lari, 4 ulduzlu otellərin orta qiyməti isə 267 lari olub. Ailə otellərinin orta qiyməti isə, 132 lari olub.
İyun ayında 5 ulduzlu otellərin orta qiyməti 498 lari olub. Quriyada bu tipli otellərdə iki nəfərlik standart nömrənin orta qiyməti 894 lari, Acariyada 550 lari, Tbilisidə 505 lari, Kaxetiyada isə 466 lari olub.
Qeyd edək ki, nəticələr Gürcüstanın 10 regionunda və Tbilisidə 3*, 4*, 5* və ailə otellərində ikinəfərlik standart nömrələrin qiymətlərinin müşahidəsi nəticəsində əldə edilib. Otellər təsadüfi seçmə yolu ilə seçilib.


