Gürcüstana ən çox bu ölkədən daxil olunub - STATİSTİKA
2023-cü ilin ikinci rübündə (aprel-iyun) Gürcüstanın dövlət sərhədi 4 milyon 918 min 36 dəfə keçilib. Agentliyin məlumatına görə, sərhəd keçidlərinin 30%-ni Gürcüstan vətəndaşları, 70%-ni isə xarici vətəndaşlar həyata keçirib.
lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumat yayıb.
Sərhəd keçidi daha çox "Sarp"sərhəd məntəqəsində müşahidə olunub, buradan 811 031 nəfər ölkəyə daxil olub, 795 656 nəfər isə çıxıb, ardınca Tbilisi hava limanı və Kazbegi sərhəd məntəqəsi gəlir.
Gürcüstan sərhədinin ən çox keçdiyi ölkələr arasında birinci yeri Rusiya tutur - İkinci rübün məlumatına görə, işğalçı ölkədən giriş 443 624 dəfə, çıxış 427 443 dəfə qeydə alınıb.
Gürcüstana giriş-çıxışların sayına görə ilk altı ölkə aşağıdakı kimidir:
Rusiya - 443 624 -giriş ; 427 443- çıxış ;
Türkiyə - 413 127- giriş ; 406 268 - çıxış
Ermənistan - 285 403 - giriş ; 284 273-çıxış
Aİ ölkələri - 119 855- giriş ; 112 477- çıxış;
İsrail - 71 443 - giriş ; 69 472 -çıxış ;
Azərbaycan - 56 700 - giriş ; 53 388- çıxış;
Ukrayna - 51 387- giriş ; 51 253 - çıxış ;
2023-cü ilin ikinci rübündə ölkəyə 1 754 992 əcnəbi vətəndaş daxil olub, 1 683 567 nəfər isə ölkəni tərk edib. Gürcüstan vətəndaşlarına gəlincə, 746 734 nəfər ölkəni tərk edib, 732 743 nəfər isə ölkəyə daxil olub.


