Gürcüstan vətəndaşının çılpaq şəkillərini çəkərək yaxınlarına göndərən Türkiyə vətəndaşı saxlanılıb
Xüsusi İstintaq Xidməti Türkiyə Respublikası vətəndaşını şəxsi həyat sirrinin pozulması faktı üzrə saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidmətindən məlumat verilib.
“Aparılmış istintaq nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs Gürcüstanda tanış olduğu gürcü qızla bir müddət birlikdə yaşayıb. Onlar vaxtaşırı sosial şəbəkələr və müxtəlif internet proqramları vasitəsilə bir-biriləri ilə əlaqə saxlayıblar və bu zaman təqsirləndirilən şəxs gizli şəkildə qurbanın çılpaq şəkillərini çəkib və ekran görüntülərini mobil telefonunda saxlayıb. Məlumata əsasən, zərərçəkmişlə əlaqəni bitirdikdən sonra, təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi şəkillərlə video kollaj hazırlayaraq zərərçəkmişin yaxınlarına göndərib.
Xüsusi İstintaq Xidməti tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Türkiyə Respublikasının vətəndaşı, 1992-ci il təvəllüdlü M.A saxlanılıb.
Gürcüstanın Baş Prokurorluğu saxlanılan şəxsə Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə ittiham irəli sürüb. Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır", - deyə məlumatda qeyd olunub.


