Batumidə, Əlifba qülləsinin yaxınlığında gənc oğlanı dənizdə skuter vurub.
InterPress.ge xəbər verir ki, yerli sakinlərin verdiyi məlumata görə, həmin şəxsin vəziyyəti ağır olduğundan o, huşsuz vəziyyətdə təcili tibbi yardım briqadası tərəfindən klinikaya aparılıb.
Onların sözlərinə görə, gənc başından xəsarət alıb.
Hadisə yerində xilasetmə xidmətlərinin nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları olub.
