Covid-in yeni ştammı dünyaya hücum edir.
InterPress.ge xəbər verir ki, məlumata görə, artıq 50 ölkədə qeydə alınmış EG.5 artıq Gürcüstandadır.
28 gün ərzində dünyada bir milyon yoluxma halı aşkarlanıb, yoluxanlardan 3000-i vəfat edib.
EG.5 Omicron-a bənzər bir ştamdır, eyni simptomlara malikdir - öskürək, boğaz ağrısı, baş ağrısı, əzələ ağrısı və ümumi zəiflik. Risk qrupları və xroniki xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Mütəxəssislər əhaliyə xəbərdarlıq edir ki, simptomlar aşkar olunarsa, toplaşmaqdan çəkinsinlər və qaydalara əməl etsinlər.
