Sioni gölünə düşmüş 15 yaşlı yeniyetmənin cəsədi tapılıb.
InterPress. ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar İdarəsi məlumat verib.
Məlumata görə, yeniyetmənin cəsədi xilasedicilər və dalğıc-xilasedicilərin köməkliyi ilə artıq sudan çıxarılıb.
Xatırladaq ki, bu gün saat 18:00 radələrində Sioni gölündə yeniyetmə gölün təhlükəli zonasına yıxılıb. Vətəndaşlar kömək etməyə çalışsalar da, onu çıxara bilməyiblər.
