Təbii fəlakət bölgəsi olan Şovidə daha bir meyit tapılıb.
InterPress.ge xəbər verir ki, məlumata görə, ümumilikdə təbii fəlakət nəticəsində ölənlərin sayı 25-ə çatıb.
Bundan əlavə, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, meyitlə birlikdə 1 ədəd meyit parçası aşkar edilib.
Hazırda Şovidə təbii fəlakət zonasında 8 nəfərin axtarışı davam edir.
