14 
Avq
2023
16:29
369

Son 3 ayda Gürcüstanda yanacağın qiyməti 40-80 tetri bahalaşıb

Bütün yanacaqdoldurma məntəqələrində yanacaq bahalaşıb.

InterPress.ge xəbər verir ki, qiymət arxivi göstərir ki, qiymət artımı tendensiyası bu ilin may-iyun aylarından başlayıb.

Böyük markalı yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri demək olar ki, eynidir. Bu şirkətlər həftənin müəyyən günlərində həm endirim kartları ilə, həm də xüsusi şərtlərlə istifadəçilərinə müxtəlif növ endirimlər təklif edirlər. Bu halda yanacaq 10, 15 və ya 20 tetri endirimlə alına bilər. Bundan əlavə, bəzi şirkətlərdə özünə xidmət göstərən yanacaqdoldurma məntəqələri var, burda yanacaq 10-15 tetri ucuzdur.

Kiçik yanacaqdoldurma məntəqələrində yanacaq nisbətən ucuzdur, baxmayaraq ki, son aylarda qiymət artımı tendensiyası burada da nəzərə çarpır.

Bizimlə əlaqə saxlayın