14 
Avq
2023
14:21
720

Gürcüstanda kreditini ödəyə bilməyən borcalanların sayı getdikcə azalır

Gürcüstanda borcalanların 11,5%-i kreditlərini ödəyə bilmirlər.

InterPress.ge xəbər verir ki, bu göstərici aylıq nisbətdə azalıb, çünki may ayına olan məlumata görə, borcalanların 11,8%-nin borcunun vaxtı keçmiş olub.

O cümlədən, 2023-cü ilin may ayı statistikasına əsasən, 228 183 borcalanın borcunu ödəmə müddəti 30 gündən 3 ilə qədər gecikib, ümumilikdə 1 932 796 nəfərin maliyyə sektoru üzrə borcu olub.

Kreditinfo-nun 2023-cü ilin iyun ayı statistikasına əsasən, 221 602 borcalanın borcunu ödəmə müddəti 30 gündən 3 ilə qədər keçib, müqavilələrin sayı isə 441 331-dir. Ümumilikdə, iyun ayına olan məlumata görə, Gürcüstanda 1 931 600 nəfərin maliyyə sektoruna 40 799 161 664 lari borcu var.

Qeyd edək ki, borcalanların 82,5%-i bank sektorunun payına düşür, yəni iyun ayına ümumilikdə 1 594 349 borcalan banklardan 37 141 105 294 lari kredit götürüb. Bankdan kredit götürənlərinin 7,5%-nin borcunun vaxtı keçib.

Bundan əlavə, Milli Bank tərəfindən tənzimlənən digər maliyyə institutlarının (mikromaliyyə, kredit təşkilatları) 765 588 kreditoru var və verilən kreditlərin məbləği 3 172 567 235 lari təşkil edir. 

Bizimlə əlaqə saxlayın