27 
Iyl
2020
14:35
756

Beka Peradze: "Bu gün ölkə daxilindəki bazar və yarmarkalarda yoxlamalara başlanılıb"

"Bu gün ölkə daxilindəki bazar və yarmarkalarda yoxlamalara başlanılıb".

InterPress.ge xəbər verir ki, bu barədə əmək müfəttişliyi departamentinin rəhəbri Beka Peradze qurumlararası koordinasiya şurasının iclasından sonar baş tutan brifinqdə bildirib.

Beka Peradzenin sözlərinə görə, ötən həftə Tbilisidəki bütün bazarlarda yoxlama aparılıb və bir sıra müəssisələr pozuntulara görə cərimələnib.

“Epidemioloji vəziyyətdən dolayı bazarların və yarmarkaların yoxlanması prosesinə başladıq. Keçə həftə Tbilisi miqyası ilə faktiki olaraq bütün bazarlar yoxlamadan keçdi. Onlar arasında: Lilo, Elyava, Dezerti, Nəftulluq, Didube, Qldan, Varketili və Diğomda olan bazarlar da yoxlandı. Orada maarifləndirmə məqsədli kampaniyalar keçirildi. Müəyyən biznes subyektlərdə pozuntular müşahidə edilirdi. Buna görə də məcbur qaldıq ki, cərimə sanksiyaları tətbiq edək. Lilo bazarında 12, dezertir bazarında 1, Nəftulluq bazarında 2, Didube bazarında 3, Varketili bazarında 1 biznes subyekt cərimələndi. Bu gündən etibarən müfəttişliyə, maarifləndirici kampaniyalara başladıq”, - dedi Beka Peradze.

Bizimlə əlaqə saxlayın