Tbilisidə istilik səviyyəsi rekord həddə çatıb
Tbilisidə rekord hava temperaturu qeydə alınıb.
InterPress.ge xəbər verir ki, paytaxt küçələrində insanların sayı azalıb, onlar meydanlara - fəvvarələrə keçid alıblar.
Milli Ətraf Mühit Agentliyinin açıqladığı hava proqnozuna görə, Şərqi Gürcüstanda bu həftə temperatur 41 dərəcəyə çatacaq.
Milli Ətraf Mühit Agentliyi əhaliyə xəbərdarlıq edir ki, Gürcüstanda isti dalğası gözlənilir. Qərbi Gürcüstanın düzənliyində havanın temperaturu +37 və +39 dərəcəyə, Şərqi Gürcüstanın aran bölgələrində isə +39 və +41 dərəcəyə çata bilər.
Havanın temperaturu Qərbi Gürcüstanda da rekord səviyyədədir. Agentliyin məlumatına görə, gözlənilən yüksək temperatur meşə yanğınları və buzlaqların əriməsi proseslərini aktivləşdirəcək.
Xəstəliklərə Nəzarət Milli Mərkəzi əhalini tövsiyələri nəzərə almağa çağırır.
Avqustun 22-dən Gürcüstanda temperaturun aşağı düşəcəyi gözlənilir. Həmin vaxta qədər mütəxəssislər əhaliyə digər tövsiyələrlə yanaşı, sərin yerdə qalmağı, maye içməyi və fiziki aktivliyi azaltmağı məsləhət görürlər.


