Almaniya uzaqmənzilli "Taurus" raketlərini Ukraynaya ötürməyə hazırlaşır
Almaniya hökuməti uzun mənzilli “Taurus” raketlərini Ukraynaya ötürməyə hazırlaşır.
InterPress.ge xəbər verir ki, bu barədə Almaniyanın “T-Online” nəşri Almaniyanın hakim “Sosial-Demokrat” partiyasından olan mənbələrə istinadən məlumat verir.
Nəşrin məlumatına görə, Almaniya hökuməti yaxın vaxtlarda”“Taurus” raketlərinin ötürülməsi ilə bağlı açıqlama verməyi planlaşdırır.
“İndi kansler Almaniyanın ən mühüm müttəfiqi və Ukraynanın ən böyük dəstəkçisi olan Amerika Birləşmiş Ştatları ilə birlikdə bu məsələnin həlli üzərində işləyir”, - nəşr yazır.
Mənbələrin məlumatına görə, Almaniya Hərbi Hava Qüvvələri də alman “Taurus” raketlərinin transferinə “yaşıl işıq” yandırıb.
Nəşr yazır ki, bu qərar təkcə Almaniyanın “Taurus” qanadlı raketlərinin deyil, həm də Amerikanın ATACMS raketlərinin ötürülməsinə səbəb ola bilər.
Həmçinin nəşrin məlumatına görə, Almaniya kanslerinin Ukraynaya yeni silah sistemlərinin verilməsinə razılıq verməsi üçün xüsusilə ABŞ-la koordinasiyalı yanaşma zəruri şərtdir.


