10 
Avq
2023
19:06
245

“Belavia” aviaşirkətinin Gürcüstanda “Boeing” tipli təyyarələrlə fəaliyyəti məhdudlaşdırılıb

Sanksiyalara əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyi bu ilin iyun ayından etibarən “Belavia” aviaşirkətinin Gürcüstanda “Boeing” tipli təyyarələrlə fəaliyyətini məhdudlaşdırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Belarus aviaşirkətinin qadağan edilməsi ilə bağlı Mülki Aviasiya Agentliyinin bəyanatında bildirilib.

Agentliyin məlumatına görə, Gürcüstana uçuşlar sözügedən aviaşirkət tərəfindən “Embraer” tipli təyyarələrlə həyata keçirilir.

GCAA-da ABŞ-ın tətbiq etdiyi yeni sanksiyaları öyrənəcəklərini və bundan sonra müvafiq qərar qəbul edəcəklərini bildirirlər:

“Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi sərnişinlərin, uçuşların təhlükəsizliyinin və aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədlərindən irəli gələrək , beynəlxalq mülki aviasiya təşkilatları və mülki aviasiya istehsal edən şirkətlər tərəfindən tətbiq edilən sanksiyalar və məhdudiyyətlərə daim nəzarət edir.

İstehsalçının tətbiq etdiyi sanksiyalara əsasən, Gürcüstanın Mülki Aviasiya Agentliyi cari ilin iyun ayından Gürcüstanda “Belavia” aviaşirkətinin “Boeing” tipli təyyarələrlə fəaliyyətini məhdudlaşdırıb. Müvafiq olaraq, adıçəkilən aviaşirkətin Gürcüstan istiqamətində uçuşları “Embraer “ təyyarələri ilə həyata keçirilir.

Agentlik aidiyyəti dövlət qurumları ilə birlikdə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamentinin “Belavia” aviaşirkətinə qarşı tətbiq etdiyi yeni sanksiyaları ətraflı öyrənəcək və yalnız bundan sonra müvafiq cavab veriləcək”, - deyə agentlik bildirib. 

Xatırladaq ki, dünən, avqustun 9-da ABŞ Maliyyə Nazirliyi “Belavia” aviaşirkəti, səkkiz fiziki şəxs və bir təyyarə də daxil olmaqla, beş Belarus şirkətini sanksiyalar siyahısına daxil edib. Həmçinin Aleksandr Lukaşenkonun təyyarəsinə  də sanksiya tətbiq olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər