Şovidə itkin düşdüyü bilinən bir şəxs Tbilisidə tapıldı
Şovidə təbii fəlakət zamanı itkin düşənlər siyahısında olan şəxslərdən biri Tbilisidə sağ tapılıb.
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.
Temur Mqebrişvili bildiri ki, itkin düşmüş hesab edilən Zurab Bibileişvili ilə əlaqə saxlanılıb.
“Bu qədər mənfilikdən sonra sizə ümidverici və yaxşı bir xəbər vermək istəyirəm. İtkin düşmüş şəxslər siyahısında olan Zurab Bibileişvili "Qaynar xətt" və 112-yə zəng edib. Əməliyyat-istintaqın nəticələrinə əsasən, sözügedən şəxsin sağ olduğu və hazırda təbii fəlakət zonasında olmadığı müəyyən edilib"- Mqebrişvili bildirib.
Onun sözlərinə görə, Zurab Bibileişvili əməliyyat axtarışları nəticəsində Tbilisidə polis tərəfindən tapılıb.


