08 
Avq
2023
14:53
318

Gürcüstanın birliyi uğrunda şəhid olmuş polislərin xatirəsi önünə əklil qoyulub

Daxili işlər naziri vəzifəsini icra edən Şalva Bedoidze, nazir müavinləri Giorgi Butxuz və Aleksandre Daraxvelidze Rusiya-Gürcüstan müharibəsi zamanı vətənə xidmətdə canlarından keçmiş Daxili İşlər Nazirliyinin əməkdaşlarının abidəsi önünə əklil qoyublar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi  məlumat yayıb.

Məlumata əsasən, nazirliyin həyətində Gürcüstanın birliyi uğrunda həlak olan polislərin xatirəsi gül-çiçəklərlə bəzədilib, Daxili İşlər Nazirliyinin müxtəlif idarələrinin rəisləri 2008-ci il müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər.

Bundan əlavə, 2008-ci il müharibəsi zamanı Daxili İşlər Nazirliyinin 14, Sahil Mühafizəsinin isə 5 əməkdaşının həlak olduğu qeyd edilir.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər