Fəlakət bölgəsində polis xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişdi
Oni bələdiyyəsində polis xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Qurumdan verilən məlumata görə, polis təbii fəlakət bölgəsində davam etdirilən xilasetmə tədbirləri çərçivəsində ictimai asayişi qoruyarkən, halı pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
“Daxili İşlər Nazirliyi Ambrolauri rayon idarəsinin istintaq şöbəsinin müstəntiqi, 1975-ci il təvəllüdlü Mirian Çelidzenin vəfatından dərin hüznlə kədərləndiyimizi bildiririk. Polis mayoru Oni bələdiyyəsində fəlakət bölgəsində xilasetmə əməliyyatları çərçivəsində ictimai asayişi qoruyarkən, halı pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyi Mirian Çelidzenin vəfatı ilə əlaqədar onun ailəsinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verir”, - deyə məlumatda bildirilir.


