07 
Avq
2023
09:59
230

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları endirilib

Matəm günü ilə əlaqədar Gürcüstanın Xarici İşlər Nazirliyinin, eləcə də xaricdəki diplomatik nümayəndəlikləri və konsulluq binalarında dövlət bayraqları endirilib.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

“Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin qərarı ilə 2023-cü il avqustun 7-si Oni bələdiyyəsinin Şovi kurortunda təbii fəlakət nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edilib. 

Bununla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinin, habelə Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluq binalarında dövlət bayraqları endirilib.

Xarici İşlər Nazirliyi Şovidə baş vermiş faciədən dərin hüznlə kədərləndiyini bildirir, ölənlərin ailə üzvlərinə başsağlığı verir və səbr diləyir.

Gürcüstan-Rusiya müharibəsinin 15-ci ildönümü ilə əlaqədar avqustun 8-i saat 00:00-dan avqustun 9-u saat 00:00-dək də dövlət bayraqları endiriləcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər