Avqust müharibəsindən 15 il ötür
Avqust müharibəsindən 15 il ötür. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Müdafiə Nazirliyinin 170 əməkdaşı, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 mülki şəxs həlak olub. Yaralı və xəsarət alan mülki əhalinin və hərbçilərin ümumi sayı 2232 nəfərdir ki, onların da 1045 nəfəri hərbi qulluqçulardır.
Bu gün Gürcüstan ərazilərinin 20%-i hələ də Rusiyanın işğalı altındadır. Rusiya Federasiyası Gürcüstanın regionlarında mütəmadi olaraq qeyri-qanuni hərbi təlimlər keçirir, işğal xəttini tikanlı məftillərlə və müxtəlif süni maneələrlə intensiv şəkildə gücləndirir, qanunsuz saxlama və yerli mülki əhalinin qaçırılması praktikasını davam etdirir.
Avqust müharibəsindən sonra Rusiya Gürcüstanın iki regionunun - Abxaziya və "Cənubi Osetiya"nın müstəqilliyini tanıyıb, lakin beynəlxalq ictimaiyyət Gürcüstanın ərazi bütövlüyünün tərəfdarı olaraq qalır.


