06 
Avq
2023
22:19
259

Təbii fəlakət bölgəsində itkin düşən 16 nəfərin axtarışı davam etdirilir

Hazırda Şovidə təbii fəlakət zonasında itkin düşən 16 nəfərin axtarışı davam etdirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya məlumat verib.

O, təbii fəlakət zonasında 24 saat işləyən xilasedicilərə və davam edən işlərdə iştirak edən əsgərlərə xüsusi təşəkkürünü bildirib.

“Bu çətin vəziyyəti bir sıra sübut olunmamış məlumatlar və bəzi hallarda böhtanlar daha da gərginləşdirir: bu,  iki gün əvvəl su tıxanması faktlarının yayılması ilə əlaqədardır. Həmçinin guya mühafizəçilərin fəlakət barədə əvvəlcədən məlumatı olması xəbəri və.s Son günlər belə dezinformasiyaları çox eşidirik. Avqustun 3-də Şovidə baş verənlərlə bağlı ekspertin rəyi əsasında ictimaiyyətdə dəqiq məlumat olmalıdır. Məhz buna görə də təbii fəlakətdən dərhal sonra mütəxəssislərimiz hadisə yerinə getdilər və son günlər fəal şəkildə tədqiqat işləri apardılar, bir neçə dəfə helikopterlə bütün vadiyə baxış keçirildi və onlar 240 saatlıq rejimdə bütün məlumatların işlənmə prosesi davam etdi. Bu gün artıq tədqiqatın ilkin nəticələrinə sahibik və biz bu nəticələri indi ictimaiyyətə təqdim edəcəyik”, - deyə nazir əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər