06 
Avq
2023
19:37
192

Temur Mqebrişvili: "Biz tədricən perimetri genişləndiririk və aktiv axtarış-xilasetmə işləri aparırıq"

Şovidə təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı fəal şəkildə davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili məlumat verib.

Onun sözlərinə görə, itkin düşənləri nə vaxta qədər tapa biləcəklərini proqnozlaşdırmaq mümkün deyil.

“Bilirsiniz ki, yeniyetmənin meyiti səhər saatlarında çıxarılıb və meyitxanaya aparılıb. Hazırda axtarış-xilasetmə əməliyyatları aktiv şəkildə davam etdirilir. Biz tədricən perimetri genişləndiririk və fəal axtarış aparırıq.

 

Yolun əsas hissəsi, təqribən 70%-i tamamlansa da, tikintisi hələ də tamamlanmayıb. Təəssüflər olsun ki, yenə də bizə mane olan qalın torpaq kütləsi olduğundan bağ evlərinin ərazisini hələ də tam şəkildə yoxlaya bilməmişik. Bilirsiniz ki, biz çox diqqətlə, müşahidə altında işləyirik və buna görə də bilərəkdən tələsmirik. Müəyyən ərazilər var ki, avadanlıqlar və yanğınsöndürənlər orada xüsusi olaraq işləyirlər, hazırda 6 belə ərazi mövcuddur. Bu cür açıqlamalar vermək və itkin düşənləri  ölü və ya diri  olaraq nə qədər tez aşkar edə biləcəyimizi proqnozlaşdırmaq mümkün deyil,”, - deyə o bildirib.

 

Mqebrişvili yerli əhalini fəlakət zonasına özbaşına daxil olmamağa çağırıb.

“Fürsətdən istifadə edib bir daha axtarış tədbirlərinə könüllü kimi cəlb olunmaq istəklərini bildirən vətəndaşlara bildirmək istəyirəm ki,  buna ehtiyac yoxdur.  Gürcüstanın “Mülki təhlükəsizlik haqqında” Qanununa əsasən, Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə edilməsi xidməti taktiki və ya əməliyyat müstəvisində belə hallara görə məsuliyyət daşıyır və mən tam məsuliyyətlə bildirirəm ki, axtarış və xilasetmə tədbirləri operativ şəkildə, müvafiq qüvvələrin səfərbər edilməsi ilə həyata keçirilir və qətiyyən  könüllü yardımına ehtiyac yoxdur. Dolama yollarla vətəndaşların fəlakət zonasına girməyə çalışmaqları çox təhlükəlidir.  Əgər könüllü komponentə ehtiyac olarsa , bizim fövqəladə halların idarə olunması xidmətinin könüllülərindən ibarət xüsusi bazamız var və biz onları mütəşəkkil şəkildə səfərbər edəcəyik”, - Mqebrişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər