Şovidə təbii fəlakət zonasında xilasetmə əməliyyatı dördüncü gündür ki, fasiləsiz davam edir.
InterPress.ge xəbər verir ki, işə Fövqəladə Hallar Xidmətinin yanğın-xilasediciləri, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika və sərhəd polis helikopteri cəlb olunub.
Həmçinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin bir qrup kinoloqu işə cəlb olunub.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Son rəsmi məlumata görə, indiyədək xilasedicilər tərəfindən 17 cəsəd tapılıb. Xilasetmə əməliyyatı çərçivəsində 200-dən çox insan təhlükəsiz əraziyə çatdırılıb.
