05 
Avq
2023
21:34
2200

Lilo Mall-da sahibkarı güllələyən şəxsə hökm oxundu

Gürcüstan Prokurorluğu bir nəfəri Tbilisidə adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirməkdə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.

Məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, avqustun 3-də Tbilisi şəhərində, “Lilo Mall” MMC-nin ərazisində təqsirləndirilən şəxs odlu silahdan atəş açmaqla zərərçəkmişə bir neçə dəfə xəsarət yetirib, o, xəstəxanaya aparılıb, cərrahiyyə əməliyyatı olunub.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi və 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə ittiham olunur. Cinayət 10 ildən 15 ilə qədər həbslə cəzalandırılır.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Cinayət işi üzrə istintaq davam etdirilir”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər