Temur Mğebrişvili: "Təbii fəlakət nəticəsində ölən 15 nəfərdən 7-nin şəxsiyyətini müəyyən etmək mümkün olub"
Şovidə təbii fəlakət nəticəsində ölən 15 nəfərdən 7-nin şəxsiyyətini müəyyən etmək mümkün olub.
InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili məlumat verib.
Mğebrişvilinin sözlərinə görə, itkin düşənlərin axtarışı davam edəcək.
“Hazırki məlumata görə, bu gün 4 meyit tapılıb, onlar meyitxanaya aparılıb. Ümumilikdə, təbii fəlakət zonasında 15 cəsəd tapılıb və cəsədlərin tanınması davam etdirilir. Meyitlər eyni yerdə, kotteclərin olduğu yerdə axtarılır. Bu gün səhər saatlarından fəal iş nəticəsində çay üzərində dəmir konstruksiyadan körpü təşkil olunub ki, bu da bizə lazım olan bütün avadanlıqları aparmağa imkan verir. Gecə boyu axtarışları fəal şəkildə davam etdirəcəyik. Hazırda 7 cəsədin şəxsiyyəti müəyyən edilib, lakin proses davam edir və düşünürəm ki, günün sonuna qədər bu istiqamətdə xəbərlərimiz olacaq”, - Mğebrişvili bildirib.


