05 
Avq
2023
19:52
328

Şovidə təbii fəlakət nəticəsində ölənlərin sayı 16-ya çatıb

Şovidə təbii fəlakət nəticəsində ölənlərin sayı 16-ya çatıb.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı məlumat yayıb.

Qurumun əlumatına görə, xilasetmə əməliyyatı çərçivəsində 200-dən çox insan təhlükəsiz yerə aparılıb.

"Bu gün yanğınsöndürən-xilasedicilərin işi zamanı təbii fəlakət zonasında 5 cəsəd tapılıb. Artıq üçüncü gündür ki, Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları Oni bələdiyyəsində axtarış-xilasetmə tədbiri keçirirlər.

İşlərə Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin yanğınsöndürənləri və xilasediciləri, polis bölmələri, pilotsuz uçuş aparatları, xüsusi texnika, sərhəd polisi helikopteri və Fövqəladə Halların İdarəetmə Xidmətinin bir qrup kinoloqu cəlb olunub", - məlumatda deyilir.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili cari xilasetmə tədbirləri ilə bağlı mediaya açıqlama verib. Onun sözlərinə görə, fəal işlərin nəticəsi olaraq çay üzərində dəmir konstruksiya körpüsü təşkil edilib ki, bu da ağır texnikanın fəlakət zonasına gətirilməsinə imkan yaradır. Onun sözlərinə görə, xilasetmə əməliyyatı gecə boyu fasiləsiz olaraq gecə işıqları ilə davam etdiriləcək.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi KİV-də yayılan müxtəlif xarakterli məlumatlara da münasibət bildirib və qeyd edib ki, istənilən növ məlumat yoxlanılır və reaksiya verilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər