04 
Avq
2023
15:27
268

Baş nazirdən açıqlama: Ölənlərin sayı 7 nəfərə çatıb

Baş nazir İrakli Ğaribaşvilinin sözlərinə görə, Raçada təbii fəlakət zonasında 7 nəfərin cəsədi tapılıb.

lnterPress.ge xəbər verir ki, o, mərhumun ailə üzvlərinə başsağlığı verib.

“Bu böyük faciədə təəssüf ki, həlak olan vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bir daha onların dərdini bölüşürəm, bu, çox ağır faciədir və bütün xalq bu böyük faciə ətrafında birləşib. Məlumatı eşitdim ki, dünəndən yaradılmış operativ qərargah 400-dən çox xilasedici göndərilib, işə başlayıb, 210 vətəndaşımız sağ-salamat çıxarılıb, ötən gecə polisimiz, xilasetmə xidmətimiz hadisə yerində maksimum səfərbər olub, hələ də fəlakət zonasında olan vətəndaşlarımızdan heç biri diqqətdən kənarda qalmayıb, 210 vətəndaşımız isə sağ-salamat çıxarılıb. Qəhrəman xilasedicilərə təşəkkür etmək istəyirəm. Təəssüflər olsun ki, bu dəqiqə 7 nəfərin meyiti tapılıb, çox ağır vəziyyətdir. 30-dan çoxu hələ də axtarılır, amma gəlin nəticələri gözləyək. Fəal işlər gedir", -  deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər