04 
Avq
2023
14:49
906

Avqustun 7-si Gürcüstanda matəm günü elan edilib

Gürcüstanın Şovi kurortunda baş verən faciə ilə əlaqədar avqustun 7-si matəm günü elan edilib.

InterPress.ge xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili bildirib.

Qeyd edək ki, Şovidəki sürüşmə nəticəsində 7 nəfər ölüb. Torpaq altında qalan 35 nəfərin axtarışları davam edir.

İ.Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib. Uşaqlar da daxil olmaqla, 210 nəfər təxliyə edilib.

Bizimlə əlaqə saxlayın