04 
Avq
2023
13:47
192

Bir sıra QHT-lər Azərbaycan-Ermənistan məsələsi ilə bağlı bəyanat yayıb

"Regionda davamlı sülh naminə təcavüzkar separatizmin xeyrinə səs-küy qaldırmaq deyil, qanun aliliyinin təmin edilməsi və Ermənistanla Azərbaycan arasında danışıqlar gündəliyinin həyata keçirilməsi üzərində cəmləşmək lazımdır" .

InterPress.ge xəbər verir ki, bir sıra QHT-lər Azərbaycan-Ermənistan məsələsi ilə bağlı bəyanat yayıb.

"Son həftələr və xüsusilə günlər ərzində Gürcüstanın informasiya məkanında Azərbaycan tərəfindən guya qəsdən “humanitar böhran” yaratması, Qarabağ ermənilərini “mühasirə”yə alınması ilə bağlı müxtəlif reportajlar, müraciətlər və QHT-lərin bəyanatlarına daha tez-tez rast gəlinməyə başlamışdır. Gah reportaj çıxır ki, Qarabağda “yemək çatışmadığına görə itlər küçəyə qovulmağa başlayıb”, gah etnik erməni, lakin fransız ləqəbi altında, bununla bağlı Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanı yada salır, ya da ümumiyyətlə bir sıra QHT-lər öz bəyanatında sırf bir tərəfin yaydığı rəvayətlərdən çıxış etmək qərarına gəlir.

Əlbəttə heç kimə sirr deyil ki, Gürcüstan təbii olaraq həm Azərbaycanın, həm də Ermənistanın mehriban qonşusu kimi onlar arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıdır. Bu, tamamilə yeni vəziyyətin – qarşıdurmanın deyil, dinc yanaşı yaşamanın və əməkdaşlığın başlanğıc nöqtəsi olardı. Həmin məqsədə nail olması köklü surətdə daha müsbət atmosfer yaradardı, ərazi bütövlüyünün bərpası və insan hüquqlarına hörmətlə yanaşı kimi, eynicinsli universal əsaslarda Gürcüstandakı münaqişələrin həlli üçün də yaxşı stimul olardı. Bununla əlaqədar olaraq, bir sıra Gürcüstan QHT-lərindən olan həmkarlarımızın ardınca biz də “30 il ərzində həll olunmamış qalan münaqişələrin həyatlarına ciddi zərbə vurduğu bütün tərəflərdən olan zərər çəkmiş əhaliyə həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istərdik".

Lakin, zənnimizcə, həmin 30 il ərzində kənardan təşviq edilən təcavüzkar separatizmin yaratdığı münaqişələrdən əziyyət çəkən Gürcüstanda QHT üzvlərinin yaddaşı yaxşı olmalıdır. Onlar unutmamalıdırlar ki, istər Gürcüstanın işğal olunmuş bölgələri məsələsində, istərsə də işğal dövründə Azərbaycanda separatçı regionların indiki sakinlərindən daha çox gürcülər və azərbaycanlılar münaqişədən əziyyət çəkib. Səbəbli-səbəbsiz xülyavi “soyqırımı” haqqında yazanlar üçün isə, əsl soyqırımının 1992-ci ildə Qaqrada gürcülərə, Xocalıda da azərbaycanlılara qarşı həyata keçirildiyini bilmək pis olmazdı.

O cümlədən Gürcüstanda da təbliğ olunan birtərəfli xəbərlərdə Azərbaycanın guya Ermənistandan Qarabağa gedən yolda sərhəd nəzarəti yaratmaqla beynəlxalq normaları pozduğu vurğulanır. Lakin Azərbaycan tərəfinin haqlı olaraq qeyd etdiyi kimi, sərhədlərin bütün perimetri üzərində nəzarət dövlətin qeyd-şərtsiz preroqativi və suveren hüququdur. Sərhəd hasarındakı dəlikdən onun ərazisinə nəzarətsiz daxil olmaq isə, bütün hüquq normalarının pozulmasıdır. Bu məsələ ilə bağlı anlayışımızı bərkitmək üçün Gürcüstanın işğal olunmuş ərazilər haqqında Qanununun 4-cü maddəsini yenidən oxumağı tövsiyə oluna bilərdi.

Yeri gəlmişkən, Ermənistan Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsinin quraşdırılması ilə bağlı qərarının qanuniliyini Beynəlxalq Ədalət Məhkəməsində mübahisələndirməyə çalışaraq, Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edilməsini xahiş etmişdir. O, Azərbaycanın “23 aprel 2023-cü il tarixindən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirdiyi bütün şəxsi heyəti geri çağırmağa və bu cür şəxsi heyətin Laçın dəhlizinə və ya onun boyunca yerləşdirməkdən çəkinməyə” məcbur etdirilməsini tələb edib. Lakin bu il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi yekdilliklə Ermənistanın tələbini rədd edib. Hüquqşünaslardan başqa nəsə gözləmək çətin idi, çünki sərhəd nəzarəti hüququ dövlətlər arasında münasibətlərdə əsas hüquqlardan biridir. Onun həyata keçirilməsi isə, heç bir halda vətəndaşların hərəkət azadlığı hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Biz qəti şəkildə əminik ki, Azərbaycanın bu ilin aprelin 23-dək olan müddətdə baş vermiş sui-istifadələrlə bağlı arqumentləri də tamamilə adekvat görünür. Belə ki, humanitar dəhliz elan edilən Laçın yolu ilə 2021-ci ildə, yəni 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra istehsal olunmuş silah-sursat, o cümlədən minalar daşınıb. Nəticədə 2020-ci ilin noyabr ayından 303 azərbaycanlı, o cümlədən 2 jurnalist mina partlayışlarının qurbanı olub.

Ermənistan baş nazirinin özünün dəfələrlə sözdə Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Qarabağ bölgəsi ərazisindən Ermənistan silahlı qüvvələrinin tam çıxarılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini təmin etmək tələbi də tam haqlıdır.

Düşünürük ki, məsələyə qərəzsiz yanaşan və onu anlamaq üçün azca da olsa səy göstərən heç kəsdə dövlət ərazisində qanunsuz yerləşən xarici hərbçilərin çıxarılması, habelə sərhəd nəzarətinin həyata keçirilməsi barədə tələblərin irəli sürülməsinin tamamilə qanuni olduğuna dair şübhə yaranmaz. Üstəlik, bu tələblər münaqişədən sonrakı dövrdə yerdəki vəziyyətin normallaşması üçün zəruri şərtlərdir.

Əlbəttə, onilliklər boyu davam edən düşmənçiliyin üstündən xətt çəkən çətin bir dövrdə humanitar gündəmə riayət olunmasına ciddi diqqət yetirilməlidir. Bəs görək onun həyata keçirilməsi yolunda kim və necə problemlər yaradır? Bir tərəfdən, “Qarabağın mühasirəsi” və oradakı ermənilərin “dözülməz iztirabları” barədə səs-küy altında fakt etibarilə Laçın yolu üzərindən nəzarətsiz giriş-çıxış rejimini yenidən dirçəltməyə çalışırlar. Hətta ələlxüsus bir “humanitar karvan” sərhədə yollandı, bununla belə, Azərbaycandan onun keçməsi üçün icazə almağı unudulub.

Bu, nədənsə 2014-cü ilin avqust ayından başlayaraq Ukrayna Donbasına oxşar “humanitar karvanlar”ın göndərilməsini xatırlatdı. O zaman, onlar sərhədin faktiki yarmasına nail ola bilib, bu da Ukraynanın etirazına səbəb oldu, ABŞ və Aİ tərəfindən isə ölkənin suverenliyi və ərazi bütövlüyünü pozan akt kimi pislənildi. Həmin “humanitar karvanlar”ın getdiyi Ukrayna bölgələrində o dövrdə və hazırda nələr baş verdiyi barədə sual ritorikdir. Ona görə də Azərbaycanın Laçın yolu üzərindən nəzarətsiz daşımaların qarşısının alınması ilə bağlı mövqeyi qanuna uyğun olmaqla yanaşı, həm də mülki əhalinin iztirab çəkməsinə səbəb olan yeni silahlı təxribatlar təhlükəsinin qarşısını alır. Bu cür kvazihumanitar konvoyların seçmə şəkildə pislənməsi mövqeyi isə, ədalətsiz və əsasız görünür.

Digər tərəfdən, əgər indi Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin humanitar ehtiyacları ilə bağlı qəflətən narahat olmağa başlayanların hamısı, həqiqətən də, sadə insanların qayğısına qalır və təcavüzkar separatizm yuvasının mövcudluğunu uzatmağa cəhd etmirlərsə, onda onlar yerdəki faktlarla daha yaxşı tanış olmalı, onları təhrif etməməlidirlər. Axı Azərbaycan Qarabağın erməni əhalisini lazım olan hər şeylə təmin etmək üçün özünün Ağdam şəhərindən düzənlik-təpəlik ərazisindən keçən, uzunluğu 26 km olan rahat yoldan istifadə etməyi təklif etdi. Belə olan halda, dağ serpantinlərindən dolaşan Ermənistanın Gorus şəhərindən 93 km uzunluğunda yoldan istifadə etməkdə israrlı olmaq açıq-aşkar dissonansdır. Lakin Qarabağda yuva salmış separatçıların rəhbərliyi məhz Ağdamdan gələn yolda beton bloklar qoyub, bununla da “daxildən blokada” yaratdılar. Bununla belə, onlar kənardan bloklandıqları kimi saxta görüntü yaratmağa çalışırlar.

Şübhəsiz, Azərbaycanın öz problemlərini təkbaşına həll etmək üçün kifayət qədər gücü var. Bunu o, uğurla sübut etdi və sübut etməkdə davam edir. Lakin bizim qəti qənaətimizə görə, Gürcüstan da ən yaxın qonşu kimi bu məsələdə Cənubi Qafqazda barışıq gündəmindən çıxış edərək hərəkət etməlidir. Hesab edirik ki, regionun hər üç ölkəsinin inkişafı və uğurlu gələcəyi naminə ərazi bütövlüyünə qarşı, separatizm ocaqlarını dəstəkləməyə yönəlmiş ritorikanın dalınca getmək olmaz. Axı məhz bu ocaqlar münaqişələrin alovlandığı, Cənubi Qafqazın bütün sakinlərinə bu qədər bəla gətirdiyi yaralara çevrildilər.

Xatırlayırıq ki, bu münaqişələrin başlanğıcında onların təhrikçiləri də iddialarını uydurma “humanitar səbəblər” və “hüquqların pozulması” ilə əsaslandırmağa çalışırdılar. Nəticədə qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş milyonlarla insanın bütün hüquqlarını elə özləri tapdaladılar. İnanırıq ki, Gürcüstan cəmiyyəti Azərbaycanın Qarabağın erməni əhalisinin reinteqrasiyası sahəsində uğurlu təcrübəsində maraqlı olmalıdır. Bunun üçün münaqişənin köhnəlmiş ritorikasının xeyrinə barışıq, reinteqrasiya və gələcək inkişaf məqsədlərini hədəf alan birtərəfli təbliğatın alətinə çevrilməzdən əvvəl hərtərəfli düşünmək yaxşı olardı" - bəyanatda qeyd olunub.

Bəyanatı imzalayıblar:

Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondu;

"Tədzrəli" Fondu;

Gürcüstanın Qafqaz Strateji Araşdırmalar İnstitutu;

Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyası;

Qafqaz Beynəlxalq Geotarix və Geosiyasət Araşdırmaları Mərkəzi;

"Qələbə - Tərəfdaş Alyansı";

Mülki Müdafiə Liqası;

Gürcüstanın Veteranlar Federasiyası (16 təşkilat)

Qafqaz Beynəlxalq Geotarix və Geosiyasət Araşdırmaları Mərkəzi

Bizimlə əlaqə saxlayın