Bütün Gürcüstan Müsəlmanları İdarəsi Raçada baş verənlərlə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, idarə bununla bağlı sosial şəbəkədə yazıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Mərhəmətli və Rəhmli Allahın adı ilə
Dünən Raçada torpaq sürüşməsi nəticəsində baş vermiş faciəyə görə dərin hüznümüzü bildiririk. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, itkin düşənlər üçün dua edir, sağ qalanların ailələrinə qovuşmasını arzu edirik. Yaralılara tezliklə şəfa diləyirik!
Böyük Yaradandan bütün bəşəriyyəti belə faciəli hadisələrdən qorumasını diləyirik! Amin!".
