04 
Avq
2023
12:05
193

Qubernator: "Dünəndən bu günədək təbii fəlakət zonasından ümumilikdə 210 nəfər təxliyə edilib"

Raçada xilasedicilər bu gün səhər saatlarında daha 140 nəfəri təbii fəlakət bölgəsindən təhlükəsiz əraziyə aparıblar, ümumilikdə isə dünən və bu gün 210 nəfər helikopterlə təhlükəsiz yerə aparılıb.

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Raça-Leçxumi-Kvemo Svaneti nümayəndəsi Papuna Marqvelidze məlumat verib.

Onun sözlərinə görə, təxliyyə edilənlərin bir hissəsi artıq Oni bələdiyyəsini tərk edib.

 “Axtarış-xilasetmə əməliyyatları gecə boyu davam etdi. Həm də qərargahın işi dayanmadı, hamımız burada idik. Məlumat aldıq və buna uyğun reaksiya verildi. Bu gün, bu vaxta qədər helikopter 9 reys yerinə yetirdi və 140 nəfəri təhlükəsiz yerə apardı. Dünən və bu gün daxil olmaqla ümumilikdə 210 nəfər aparılıb. Onların bəziləri artıq Oni bələdiyyəsinin ərazisini tərk edərək evlərinə gediblər. Biz vaxtaşırı zərərçəkənləri müxtəlif ailələrə, mehmanxanalara yerləşdiririk və onları nəzarətimiz altında saxlayırıq”, - Papuna Marqvelidze bildirib.

 

Bizimlə əlaqə saxlayın