Təbii fəlakət zonası Raçada xilasedicilər daha 4 nəfərin cəsədini aşkar ediblər.
InterPress.ge Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hazırda ümumilikdə 6 meyit tapılıb.
Məlumat üçün bildirək ki, avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda təbii fəlakət zonasından 210 nəfər təxliyə edilib.
