04 
Avq
2023
10:39
617

Kaxetidə təbii fəlakət tüğyan edir - Damlar uçub, ağaclar yerindən çıxıb

Güclü külək və yağış nəticəsində Qurcaanidə evlər damsız qalıb.

InterPress.ge xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, ən çətin vəziyyət 9 aprel küçəsindədir.

"Dəhşətli külək, yağış və səs-küy var idi, belə bir şey xatırlamıram. Mənzilin dam örtüyü tam çıxıb, qırılan ağaclar elektrik stansiyasının üstünə düşüb. Çox dözülməz vəziyyətdir", - yerli sakinlərdən biri deyib.

Qurcaani Bələdiyyəsinin Meriyası təsdiq edir ki, təbii fəlakət nəticəsində Qurcaani şəhərində və yaxınlıqdakı iki kənddə xüsusilə ağır vəziyyət yaranıb.

Hazırda aidiyyəti xidmətlər qəzalı evləri qeydə alır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər