Vətəndaşlar təbii fəlakət zonasında olan ailə üzvləri ilə əlaqə saxlaya bilmədiklərini bildirir
Vətəndaşlar təbii fəlakət zonasında olan ailə üzvləri ilə əlaqə saxlaya bilmədiklərini və onların harada olması barədə məlumatlarının olmadığını iddia edirlər.
InterPress.ge xəbər verir ki, vətəndaşlardan birinin sözlərinə görə, onun həyat yoldaşı və üç övladı hələ də uçqunun altındadır və onlarla əlaqə saxlamaq mümkün deyil.
“Onlar, ehtimal ki, sürüşmə nəticəsində uçan Şovi ərazisində olublar. Arvadım və üç uşağım orada idi, onlarla əlaqə saxlaya bilmirəm, məncə, torpağın altında qalıblar. Hər kəsə müraciət edirəm, pilotlara, onların böyüklərinə, axtarışa başlamaq üçün gecə vertolyot ayırın. Onlar orada gecələyə bilməyəcək, uşaqlar var - 2 yaşında, üç və yeddi yaşında. Bütün ailəm ordadır, bilmirəm necədirlər”, - deyə fəlakət zonasında qalan uşaqların atası açıqlama verib.
Digər vətəndaş isə bildirir ki, indiyədək əlaqə saxlaya bilmədiyi ailə üzvləri - bacısı, əmisi oğlu, və üç övladı təbii fəlakət zonasında qalıb.
Onun məlumatına görə, təbii fəlakət bölgəsində ailə üzvlərindən başqa, Ədliyyə Evinin 35 nəfəri, tədqiqatçılar qrupu da qalıb.


