03 
Avq
2023
22:41
411

“Xilasetmə əməliyyatı gecə boyu davam edəcək” - DİN

Raçada, təbii fəlakət zonasında xilasetmə əməliyyatı gecə boyu fasiləsiz rejimdə davam etdiriləcək.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bəyanat yayıb.

Nazirliyin məlumatına görə, xilasetmə işlərinə 400-ə yaxın yanğınsöndürən və Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin nümayəndələri cəlb olunub.

“Oni bələdiyyəsində davam edən xilasetmə əməliyyatı nəticəsində 2 nəfərin cəsədi Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Hazırda həlak olanlar çıxarılır.

Daxili işlər nazirinin müavinləri İoseb Çelidze, Qiorqi Butxuzi və Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili təbii fəlakət yerindədir.

Xilasetmə əməliyyatı gecə boyu, fasiləsiz olaraq davam etdiriləcək”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər