Amiran Qamğrelidze son günlərdə koronavirusun artmasına münasibət bildirdi
"Ölkədə infeksiyanın sirkulyasiya etməsinə baxmayaraq 10,14 və 20 hal idarəolunandır".
InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın xəstəliklərə nəzarətin milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.
Onun sözlərinə görə, əgər əhali arasında tədqiqatlar geniş şəkildə keçirilərsə və vaxtında izolyasiya tədbirləri görülərsə hər gün aşkar edilən halların sayı azalacaq.
“Qaçiani bələdiyyəsinin Qaracalar kəndində, Lilo bazarında insanlarda geniş tədqiqatlar aparsaq və vaxtında izolyasiya tədbirləri görsək təbii ki, sonra aşkarlanmış halların sayı azalacaq. Bilirsiniz ki, intensiv şəkildə tədqiqatlar aparırıq. Dünən iki kəntdən təxminən 500-500 bioloji nümunələr götürdük”, - deyə Amiran Qamğrelidze qeyd etdi.
Onun sözlərinə görə, koronavirusa yoluxmanın artımı gözlənilən idi. Gündə aşkar edilən 20 yoluxma ölkədə idarəolunandır.
“Bu gözlənilən idi. Çünki uçuşlar, əlaqələr, ölkəyə yük idxalı baş tutur. Bilirsiniz ki, indi koronavirusun yeni halları yük avtomobilləri sürücülərində aşkar edilir. Əsas odur ki, biz bu vəziyyəti idarə edə bilirik. Əsas odur yoluxma sayı çox olmasın. Ölkədə infeksiyanın sirkulyasiya etməsinə baxmayaraq 10,14 və 20 hal idarəolunandır”, - deyə Qamğrelidze bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanda koronavirusun 14 yeni halı müəyyən edilib. Bununlada ölkə üzrə koronavirusa yoluxanların sayı 1131 nəfərə çatdı. Sağalanların sayı isə 3 dəfə artaraq 920 nəfəri təşkil etdi.


