03 
Avq
2023
17:54
711

DİN: "Xilasedicilər 2 helikopterlə hadisə yerinə gedir "

Daxili İşlər Nazirliyi Racaca baş vermiş torpaq sürüşməsi ilə bağlı məlumat yayıb.

InterPress.ge xəbər verir ki,  nazirlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 2 sərhəd polis helikopteri ilə hadisə yerinə gedirlər.

Daxili İşlər Nazirliyi qeyd edir ki, xəsarət alanlar barədə hələlik məlumat dəqiqləşdirilməyib.

“112 dövlət idarəetmə mərkəzinə Raçada yerləşən “Sunset Show” mehmanxanasında baş verən sürüşmə nəticəsində torpaq kütləsinin çökməsi ilə bağlı çoxsaylı məlumat daxil olub.

İctimaiyyətin nəzərinə çatdırırıq ki, hadisə ilə bağlı bütün aidiyyatı qurumlar məlumatlandırılıb, əraziyə müvafiq texnika səfərbər olunub, əlavə avadanlıqlar da əlavə olunur.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və digər polis bölmələrinin nümayəndələri Daxili İşlər Nazirliyinin sərhəd polisinin 2 helikopteri ilə hadisə yerinə gedirlər.

Hazırkı mərhələdə xəsarət alanlar barədə ətraflı məlumat yoxdur, biz sizə addım-addım əlavə məlumat verəcəyik”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər