Sarticalada bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.
InterPress.ge xəbər verir ki, kişinin üzərinə beton plitə düşüb və o, yerindəcə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2-ci hissəsi ilə araşdırma aparılır.
