Gürcüstanda cari ilin ikinci rübündə neçə nəfər sürücülük vəsiqəsi alıb? - AÇIQLAMA
Gürcüatanda 2023-cü ilin ikinci rübündə (aprel, may, iyun) 7299 nəfərə sürücülük vəsiqəsi verilib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyin informasiya və analitik idarəsi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan vətəndaşları ilə yanaşı, müxtəlif ölkələrin, o cümlədən Rusiya, Azərbaycan, Hindistan, Livan, Pakistan, İsrail, ABŞ vətəndaşları da sürücülük vəsiqəsi alıblar.
“Xatırladaq ki, “B” və “BE” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ üzrə məqbul praktiki sınaq imtahanı 25 aprel 2022-ci il tarixindən etibarən iki mərhələli olub. Birinci mərhələ qapalı meydançada, ikinci mərhələ isə real hərəkət şəraitində keçirilir. Sürücülük vəsiqəsi almaq istəyən namizəd nəzəri imtahanı müvəffəqiyyətlə verdikdən sonra 30 təqvim günü müddətində praktiki imtahanın birinci mərhələsini, birinci mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra isə 365 təqvim günü müddətində praktiki sınaq imtahanının ikinci mərhələsini keçmək hüququna malikdir”,-deyə məlumatda qeyd olunub.


