03 
Avq
2023
12:42
487

Son 6 ayda Gürcüstanda 27 057 cinayət işi qeydə alınıb

Cari ilin 6 ayında (yanvar-iyun) Gürcüstanda 27 057 cinayət qeydə alınıb, onlardan 16 738 faktın (61,86%) hüquq-mühafizə orqanları tərəfindən üstü açılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 Məlumata görə, cinayətlərin ən çox – 7437 faktı (4112-sinin üstü açılıb) oğurluq, 2899-u (2652) müxtəlif növ narkotiklərlə bağlı cinayətlərdir; 2153 (1763) məişət zorakılığı; 1572 (825) zorakılıq, 2019 (1824) təhdid hadisəsi.

Bundan başqa, qeydə alınmış cinayətlər arasında həyat əleyhinə olan 812 cinayət faktı var ki, onlardan 87-sinin üstü açılıb. Onların arasında qəsdən adam öldürmə ilə bağlı və ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə ilə bağlı 20 və15 fakt var ki, onlardan da daxili işlər orqanlarının əməkdaşları ümumilikdə 31 faktın üstünü açıb. Bundan başqa, adam öldürməyə cəhd üzrə və ağırlaşdırıcı hallarda adam öldürməyə 30 və 22 cəhd faktı qeydə alınıb, onlardan 48 cinayətin üstü açılıb. Həmçinin 630 intihar faktı qeydə alınıb – 6-sı açılıb. Bundan başqa 1419 (270) yol-nəqliyyat cinayəti qeydə alınıb. Digər cinayət növlərinə gəlincə, statistik məlumatlar belədir: cinsi azadlıq və toxunulmazlığa qarşı – 242, o cümlədən zorlama – 90, onlardan 63-nün üstü açılıb; Vəzifə cinayəti – 228, onlardan 44- nün üstü açılıb. Kibercinayətkarlıq – 515, 246- nın üstü açılıb; Oğrular dünyasına üzvlük, “qanuni oğurluq” onlardan 3- ün üstü açılıb, quldurluq – 169, açılmış 148- in üstü açılıb, dələduzluq – 972, 462- nin üstü açılıb.

Qeyd edək ki, əvvəlki illə müqayisədə qeydə alınan cinayətlərin sayı 4,41% azalıb. Cinayətlərin üstünün açılması tempi artıb – 2022-ci ilin yanvar-iyun aylarında daxili işlər orqanları tərəfindən qeydə alınmış 28 304 cinayətin 56,03 faizinin üstü açılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər