Saxta pul satan iki nəfər saxlanıldı
İstintaq xidməti saxta 1 larilik qəpiklər satmaq faktı ilə bağlı iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, məlumatı istintaq xidməti yayıb.
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta pul satmaq faktı üzrə 2 nəfər saxlanılıb.
İstintaq müəyyən edib ki, müttəhimlər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Şida Kartli bölgəsində 2022-ci ilin dekabrından bu ilin iyuluna qədər olan müddətdə sistematik olaraq saxta pul satıblar. Əməliyyat-istintaq tədbirləri nəticəsində ümumilikdə 524 ədəd saxta bir larilik sikkələr aşkar edilərək götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır.
Saxta sikkələrin istehsalçısı və qeyd olunan cinayəti törətmiş digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.


