Milli Qiymətləndirmə və İmtahan Mərkəzi xarici dil imtahanlarının ilkin nəticələrini açıqlayıb
Milli Qiymətləndirmə və İmtahan Mərkəzi xarici dil (ingilis, alman, fransız, rus) imtahanlarının ilkin nəticələrini açıqlayıb.
InterPress.ge xəbər verir ki abituriyent öz imtahanının nəticəsini öyrənmək üçün online.naec.ge saytına daxil olmalı, müvafiq sahədə şəxsi nömrəsini və beşrəqəmli parolu qeyd etməlidir.
İmtahan verən şəxsin şəxsi səhifəsində öz imtahanının surətini və konkret fənn üzrə topladığı ilkin, “xam” balı görmək imkanı olacaq. Vahid Milli İmtahanların yekun nəticələri ərizələrə baxıldıqdan, balların bərabərləşdirilməsindən sonra dərc olunacaq.
“Xarici dil üzrə test imtahanının maksimal balı 70-dir. Abituriyent balları bərabərləşdirildikdən sonra bu fənn üzrə müəyyən edilmiş maksimal balın 20 faizindən çoxunu toplayaraq, imtahan fənnindən müvəffəqiyyətlə keçmiş hesab ediləcək. Bərabərləşdirmə nəticəsində ilkin balı minimum həddindən az olan, lakin ona yaxın olan abituriyentlərin həddi keçmək şansını saxlaması vacibdir.
Bütün imtahan nəticələri açıqlandıqdan sonra apellyasiya müraciətlərinə başlanılacaq. Müraciətlər elektron qaydada onlayn.naec.ge saytında qəbul edilir”, - Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin məlumatında qeyd olunub.


