26 
Iyl
2020
11:26
1295

Keçmiş baş nazir siyasətə qayıdır? - Parlament sədrindən açıqlama

"Keçmiş baş nazir Mamuka Baxtadze ehtimal ki, proporsional seçki siyahısında olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

"Burada təəccüblü heç nə yoxdur, çünki biz bu haqda bir neçə dəfə danışmışıq. O, ehtimalla proporsional seçki siyahısında olmayacaq çünki o, baş nazir vəzifəsində işləyib. Mamukanın icraçı hökumət fəaliyyətində təcrübə sahibidir və görünür ki, onun gələcək planları parlamentlə əlaqəli deyil", - deyə Talakvadze bildirib.

Qeyd edək ki, Mamuka Baxtadze 2018-ci ildə Facebook sosiyal şəbəkəsində istefa verdiyi haqda məlumat paylaşmışdı.

20 iyun tarixində gürcü arzusunun majoritar namizədlərin təqdimatı mərasimində Mamuka Baxtadze də iştirak edirdi. Arçil Talakvadzenin bildirdiyinə görə, əgər Mamuka Baxtadze gürcü arzusunun proporsional seçki siyahısında yer alarsa bu əhalinin çox hissəsini sevindirəcək.

İrakli Kobaxidze isə açıqlayır ki, onun seçki siyahısında olub olmaması özünün maraqlarından aslıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər