01 
Avq
2023
15:44
283

Səfirlik: "ABŞ Kutaisi Beynəlxalq Hava Limanının nəqliyyat qovşağına çevrilməsinə kömək etməyə hazırdır"

Amerika Birləşmiş Ştatları Kutaisi Beynəlxalq Hava Limanının nəqliyyat qovşağına çevrilməsinə kömək etməyə hazırdır. 

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, Kutaisi hava limanının nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var.

“Kutaisi hava limanının nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var. Qərbi Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixrac mərkəzinə çevriləcəyi təqdirdə onun fermerlərə gətirəcəyi böyük faydaları xüsusilə qeyd etmək lazımdır. 

ABŞ bu istiqamətdə Kutaisi hava limanına kömək etməyə hazırdır. Biz artıq sıx əməkdaşlıq edirik, təyyarə təmiri mərkəzinin saxlanması, marketinqin gücləndirilməsi və işçilərin təlimi üzərində işləyirik”, - deyə sosial şəbəkədə yayılan məlumatda qeyd olunub.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər