Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ağ ev Medvedevin nüvə silahı ilə bağlı fikirlərini “məsuliyyətsizlik” kimi qiymətləndirib

265
Ağ ev Medvedevin nüvə silahı ilə bağlı fikirlərini “məsuliyyətsizlik” kimi qiymətləndirib
Dinləmək üçün basın

Ağ ev Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin Ukraynanın əks-hücumunda uğur qazanacağı təqdirdə Moskvanın nüvə silahına əl atacağı ilə bağlı iddiasını tənqid edib.

Ağ ev Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin Ukraynanın əks-hücumunda uğur qazanacağı təqdirdə Moskvanın nüvə silahına əl atacağı ilə bağlı iddiasını tənqid edib.

InterPress.ge CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu ritorikanı “ehtiyatsızlıq və məsuliyyətsizlik” adlandırıb.

“Ukraynada və ya başqa yerlərdə nüvə silahının istifadəsi bütün dünya üçün fəlakət olacaq və Rusiya üçün ciddi nəticələrə səbəb olacaq”, - müşavir deyib.

O əlavə edib ki, indiyə qədər ABŞ Rusiyanın nüvə silahına keçməyə hazırlaşdığına dair heç bir əlamət görməyib.

“Biz bunu yaxından izləməyə davam edirik, lakin onun nüvə siyasətini dəyişmək üçün heç bir səbəb görmürük, nə də Rusiyanın nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmürük”, - Sallivan bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →