Xelvaçaurinin Erge kəndi ərazisində mərkəzi yolda baş verən yol qəzası nəticəsində bir neçə nəfər, o cümlədən azyaşlılar xəsarət alıb.
InterPress.ge xəbər verir ki, yaralılar klinikalara yerləşdirilib. İlkin məlumata görə, onların həyatı üçün təhlükə yoxdur.
Yerli sakinlərin verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı iki avtomobil toqquşub və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə səfərbər olunub. Faktla bağlı araşdırma aparılır.
