28 
Iyl
2023
12:56
1596

Marneulidə iki kəndin adı dəyişdirilib

Marneuli bələdiyyəsində iki kəndin adı rəsmi olaraq dəyişdirilib. Bu barədə Marneuli Bələdiyyə Məclisinin 27 iyul tarixində baş tutan iclasında bildirilib.

Məsələni meriyanın İnzibati Xidmət rəhbəri Mamuka Şubitidze müzakirəyə çıxarıb. O, bildirib ki, adların dəyişdirilməsi prosesinə bələdiyyədə 2019-cu ildən başlanılıb. Ancaq İctimai Reestrdə bu yeni göstərilib. Söhbət iki kənddən gedir. Budyanovka Metsamula, Ulyanovka isə Verxviani adlandırılıb.

“Gürcüstan hökumətinin sərəncamına uyğun olaraq, bələdiyyədə coğrafi yerləşmələrin adları dəyişdirilir. Qeyd olunan dəyişiklik 2019-cu ildə baş verib. Biz bu dəyişikliyin İctimai Reestrdə görünməsini gözləyirdik. Qullar ərazi vahidliyində, Budyanovka kəndi Metsamula, Ağkörpü inzibati vahildiyində isə Ulyanovka Verxviani adlandıırldı. Biz istəyirik ki, bələdiyyənin nizamnaməsində qeyd olunan dəyişikliyin edilməsini və səs verməyinizi xahiş edirik”, – Mamuka Şubitidze bildirdi.

Deputatlar dəyişikliyin lehinə səs veriblər.

Bələdiyyə Məclisinin 27 iyul tarixində baş tutan iclasında ümumilikdə 8 məsələ müzakirə olunub.

Mənbə: Marneulifm

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər