2023-2024-cü tədris ilindən I-IV və XII sinif şagirdləri bəzi fənlər üzrə yeni dərsliklərlə təhsil alacaqlar.
InterPress.ge xəbər verir ki, bu barədə Təhsil və Elm Nazirliyindən məlumat verilib.
Məlumata görə, dərsliklər milli kurrikuluma uyğun yenilənir.
2023-2024-cü tədris ilindən I və II siniflərin bütün fənlərinə, III və IV siniflərin musiqi və idman fənlərinə, XII siniflərin bütün fənlərinə yeni dərsliklər daxil ediləcək. Dərsliklər yeni milli kurikuluma uyğun olaraq yenilənir”, - deyə bildiriblər.
